Azərbaycanda sosial şəbəkədə keçmiş iş yeri haqqında tənqidi fikirlər yayan şəxs cəzalandırılıb

Azərbaycanda sosial şəbəkədə keçmiş iş yeri haqqında tənqidi fikirlər yayan şəxs cəzalandırılıb
# 14 avqust 2013 15:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Media Hüququ İnstitutu sosial şəbəkədə özəl bank əleyhinə kampaniya aparmaqda ittiham olunan Mikayıl Talıbovun Astara rayon Məhkəməsi tərəfindən məhkum edilməsini pisləyib.

İnstitutdan APA-ya verilən məlumata görə, məhkəmənin hökmü ilə M.Talıbov Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən 147.1 maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20%-ni dövlətə almaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Qeyd edək ki, M.Talıbov əvvəllər “AccessBank” QSC-də çalışıb. “Accessbank”dakı işindən çıxarılmasını qanunsuz hesab edən, bununla bağlı əlaqəli qurumlara şikayət edən M.Talıbov “Facebook” sosial şəbəkəsində “Accessbank - Haqsızbank” adlı səhifə yaradaraq bankın işini tənqid edib. Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb edib. Astara rayon Məhkəməsi xüsusi ittihamı ittihamçının təqdim etdiyi “Facebook”dan çıxarış mətnləri çərçivəsində araşdırıb. Məhkəmə mətnlərdəki “Accessbank - Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gəlib. Məhkəmə həmçinin M. Talıbovun üzərinə “facebook”da təkzib vermək vəzifəsi qoyub.

Qeyd edək ki, Milli Məclisin 14 may 2013-cü il tarixdə keçirilən iclas zamanı Cinayət Məcəlləsinin 147 və 147-ci maddələrində nəzərdə tutulan cəzaları daha da sərtləşdirən dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, həmin maddələr internetdə yayılan ifadələrə də tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR