Bank Of Baku

Azərbaycanlı jurnalistlər İranın Gülüstan vilayəti valisinin müavini ilə görüşüblər

Azərbaycanlı jurnalistlər İranın Gülüstan vilayəti valisinin müavini ilə görüşüblər
# 16 aprel 2015 07:22 (UTC +04:00)

Gülüstan. Elvin Bayramlı-APA. İranın Gülüstan vilayətinin valisinin müavini Məhəmməd İbrahimi bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşüb. APA-nın səfərdə iştirak edən əməkdaşının məlumatına görə, vali müavini Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib.

 

M. İbrahiminin sözlərinə görə, vilayət Qazaxıstan və Türkmənistanla ticarət əlaqələri var: "Biz böyük ölkənin kiçik vilayətiyik. Bizim neft-kimya, tekstil, qida, məişət sahələrində əməkdaşlıq üçün imkanlarımız var".

 

Görüşdən sonra azərbaycanlı jurnalistlər vilayətin müxtəlif zavod və fabrikləri, turistik məkanları və "İnci Burun" azad ticarət zonasını ziyarət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR