Bakı-APA. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti dünya teleməkanında ən nüfuzlu mahnı müsabiqəsi sayılan “The Voice of” (“Səs”) layihəsinə start verib.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Niderlandın “Talpa” İnternational B.V. şirkətinə məxsus “The Voice of” (“Səs”) layihəsinin lisenziyası Azərbaycan Televiziyasına verilib. AzTV-nın bu mötəbər musiqi müsabiqəsini payızda – yeni televiziya mövsümündə tamaşaçılara təqdim etməsi gözlənilir.
Qeyd edək ki, bu müsabiqə dünyanın 50-dən çox ölkəsinin nüfuzlu telekanallarında yayımlanır.