Bakı. Şamil Əlibəyli - APA. Bu gün Bakıda “Ambassador Club” jurnalının təqdimat mərasimi keçirilib.
APA-nın xəbərinə görə, jurnal Avropa İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə nəşr olunub.
Tədbirdə Avropa İqtisadi Palatasının Azərbaycandakı nümayəndəsi Nizami Piriyev, jurnalın baş redaktoru, “Global Network Partners Company” şirkətinin direktoru Rüfət Sultanzadə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, Azərbaycanda akkreditə olunmuş digər ölkələrin səfirləri iştirak ediblər.
R.Sultanzadə çıxışında bildirib ki, 3 ayda bir dəfə çıxacaq jurnalın nəşri ideyası M.Brayzaya məxsusdur. Onun sözlərinə görə, Avropa İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə “Global Network Partners Company” şirkəti ilə birlikdə Bakıda “Səfirlər Klubu” yaradılıb. Klub 2-3 ayda bir dəfə toplanacaq.