APA-nın xəbərinə görə, hadisə Nəsimi rayonu Nizami küçəsi-100 ünvanında yerləşən “Regea” turizm şirkəti və “Evimiz Azərbaycan” jurnalının redaksiyasında qeydə alınıb.
Jurnalın baş redaktoru Sevil Zeynalqızının APA-ya verdiyi məlumata görə, hadisə bu gecə baş verib. Naməlum şəxslər ofisin pəncərəsində olan dəmir barmaqlıqları sındıraraq ofisdən 4 noutbuk aparıb. Bundan əlavə, ofisdə olan sənədləri və digər ləvazimatları yararsız hala salınıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırma aparılır.