Belçikada güclü qar düşməsi ilə əlaqədar 1700 km-lik avtomobil tıxacı yaranıb

Belçikada güclü qar düşməsi ilə əlaqədar 1700 km-lik avtomobil tıxacı yaranıb
# 04 fevral 2012 04:42 (UTC +04:00)
Bakı-APA. Belçikada güclü qar düşməsi ilə əlaqədar rekord uzunluqda-1700 km-lik avtomobil tıxacı yaranıb.
APA-nın verdiyi xəbərə görə, bundan qabaqki rekord tıxac 2010-cı ildə 948 km olub.
Güclü qar yağması ilk növbədə paytaxt Brüssel və ətraf rayonlarda avtomobil hərəkatını iflic edib. Bu regionda tıxac 714 km uzunluğunda olub.
Ölkənin cənub şəhərləri Antverpen, Gent, Lamburq və digər şəhərlərdə və şəhərlərarası magistralda avtomobil nəqliyyatının hərəkəti bütünlüklə dayanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR