Bank Of Baku

Azərbaycanda teleradio şirkətlərinin fəaliyyətinin hansı hallarda dayandırılacağı açıqlanıb

Azərbaycanda teleradio şirkətlərinin fəaliyyətinin hansı hallarda dayandırılacağı açıqlanıb
# 06 fevral 2015 12:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, “Televiziya və radio yayımı haqqında” qanunun bununla bağlı yeni dəyişdirilən 23-cü maddəsində yer alan müddəalarda əksini tapıb.

 

Maddənin yeni formasına görə, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini və qanunun tələblərini pozduqda, lisenziyanın qüvvəsi və ya hər hansı proqramın yayımının Şuranın qərarı ilə müvəqqəti dayandırılması nəzərdə tutulur. Şuranın qərarı ilə lisenziyanın hansı hallarda dayandırılması və Şuranın səlahiyyətləri aşağıdakılardır:

 

- xüsusi razılığın (lisenziyanın) sahibi həmin məqsədlə ərizə təqdim etdikdə;

 

- xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda;

 

- yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay müddətinə həyata keçirilmədikdə;

 

- xüsusi razılıqda (lisenziyada) müəyyən edilmiş yayım zonası bir il müddətində tam təmin edilmədikdə;

 

- xüsusi razılığın (lisenziyanın) sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;

 

- teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;

 

- yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün əsassız həyata keçirilmədikdə;

 

- yayımçı bir il müddətinə azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə;

 

- xüsusi razılığın (lisenziyanın) sahibi olan hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə.

 

Müddəaların şərhində isə göstərilir ki, teleradio yayımı sahəsində müvafiq dövlət orqanının (MTRŞ) xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və ya qüvvəsinə xitam verilməsi barədə qərarından şikayət həmin qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində məhkəməyə verilir.

 

Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə xitam verilir.

 

Teleradio yayımı zamanı bu qanunun tələblərinin və ya xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı iddia ərizəsinə məhkəmə tərəfindən, iddia ərizəsinin təqdim edildiyi gündən ən geci 15 gün müddətində baxılır və məhkəmə aktı qəbul edilir.

 

Layihə MM-in Mədəniyyət komitəsi tərəfindən parlamentin plenar iclasa tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR