Bakı. Cavid Zeynallı – APA. BBC-nin məşhur aparıcılarından olan Terri Voqan dünyasını dəyişib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, 77 yaşlı T. Voqan uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
T. Voqan 1938-ci il avqustun 3-də anadan olub. O, radio və televiziya sahəsində 50 ildən artıq çalışıb və məşhur "Eurovision" yarışmasına aparıcılıq edib.