Bank Of Baku

BDU-nun Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Londonda olub

BDU-nun Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Londonda olub
# 30 mart 2015 13:35 (UTC +04:00)

Bakı - APA. Bakı Dövlət Universitetinin (BDU) Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova “PaşaBank”, “British Council” və Böyük Britaniyanın Tomson Fondunun birgə təşkil etdiyi “Biznes Jurnalistika” təlimləri çərçivəsində ölkənin tanınmış jurnalistləri ilə birlikdə İngiltərənin paytaxtı London şəhərində olub.

 

BDU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir həftəlik təlim sosial və yeni media sahəsində bilik və bacarıqların artırılması, BBC, “The Daily Telegraph” kimi nəhəng media korporasiyalarında olmaq baxımından son dərəcə yaddaqalan olub.

 

Jurnalistlər eyni zamanda London Fond Birjası, Lordlar palatasında olub və sonda Tomson Fondunun sertifikatlarına layiq görülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR