Bank Of Baku

Beyrutda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı İcraiyyə Komitəsinin iclası keçirilib

Beyrutda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı İcraiyyə Komitəsinin iclası keçirilib
# 03 may 2017 15:07 (UTC +04:00)

Mayın 3-də Livan Respublikasının paytaxtı Beyrutda AZƏRTAC-ın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.

 

APA-nnın xəbərinə görə, Livanın İnformasiya Nazirliyi və NNA xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən iclasda Rusiyanın TASS, Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, İranın İRNA və Mehr, Monqolustanın MONTSAME, Bəhreynin BNA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

OANA-nın prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov İcraiyyə Komitəsinin 42-ci iclasının keçirilməsi üçün göstərdiyi dəstəyə görə Livanın İnformasiya Nazirliyinə və NNA agentliyinə təşəkkürünü bildirib. Baş direktor ötən ilin noyabrında Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində və OANA-nın XVI Baş Assambleyasında xəbər agentliklərinin inkişafı ilə bağlı çox dəyərli fikirlərin səsləndiyini, məhsuldar müzakirələrin aparıldığını qeyd edib.

 

Livanın informasiya naziri Melhem ər-Riyaşi müasir rəqəmsal dövrdə medianın üzərinə böyük məsuliyyətin düşdüyünü, jurnalistikada etikanın və obyektivliyin hər zaman aktual olduğunu diqqətə çatdırıb.

 

OANA-nın baş katibi Vüqar Seyidovun sədrliyi ilə işini davam etdirən iclasda dünya mediası qarşısında çağırışlar, müasir şəraitdə mətbuatın inkişaf meylləri, xəbər istehsalında yeni texnologiyaların tətbiqi, jurnalistika sənətinin müasir media biznesinə transformasiyası, terrorizmə qarşı mübarizədə xəbər agentliklərinin rolu məsələlərinə dair maraqlı müzakirələr aparılıb.

 

Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, İranın İRNA agentliyinin baş direktoru Məhəmməd Xodadi, Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-hvanq, Bəhreynin BNA agentliyinin baş direktoru Muhənnəd Süleyman ən-Nəimi, Malayziyanın Bernama agentliyinin baş direktoru Datuk Zulkefli Salleh çıxış edərək rəqəmsal innovasiya dövründə xəbər agentliklərinin qarşısında duran vəzifələr barədə təkliflər səsləndiriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR