Bakı. Fərid Mirzəyev – APA. BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Mişel Forst Mətbuat Şurasında (MŞ) olub.
Şuradan APA-ya verilən xəbərə görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov qonağı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. M. Forst Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı məlumatların əsasən qeyri-hökumət təşkilatlarından, bloqgerlərin fikirlərindən və digər müxtəlif mənbələrdən əldə edildiyini vurğulayıb.
Görüşdə M. Forstun Azərbaycanda media sahəsindəki qanunvericilik, jurnalist hüquqlarının qorunması, onların informasiya əldə edilməsi prosesi ilə bağlı sualları cavablandırılıb.