Bank Of Baku

Diktor Natəvan Hacıyevanın kitabının təqdimatı keçirilib

Diktor Natəvan Hacıyevanın kitabının təqdimatı keçirilib
# 26 oktyabr 2016 11:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Tanınmış televiziya diktoru, əməkdar artist Natəvan Hacıyevanın “Televiziya dünənim, bu günüm və sabahımdır” adlı kitabının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, yeni nəşr milli televiziyanın yaranmasının 60 illiyinə həsr edilib.

 

Şairə Sara Göyçəli Natəvan Hacıyevanın televiziya fəaliyyəti haqqında məlumat verib, qeyd edib ki, kitab televiziya işçiləri və geniş ictimaiyyət üçün nəzərdə tutulub.

 

Milli Məclisin deputatı Jalə Əliyeva Natəvan Hacıyevanın milli televiziyanın inkişafındakı xidmətlərindən danışıb, müəllifin öz təcrübəsini gənc nəsillə bölüşməsini yüksək qiymətləndirib.

 

N. Hacıyeva kitabın yazılma tarixçəsindən danışıb. Müəllif qeyd edib ki, noyabrın 6-da Azərbaycan televiziyasının 60, radiosunun isə 90 illiyi tamam olur: "Mən həyatımın 56 ilini milli televiziyada keçirmişəm. Ona görə də bu kitabı yazmağı özümə borc bildim. Həm gənc televiziya işçiləri, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda təcrübəmi bölüşmüşəm".

 

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin müdiri Çingiz Ələsgərlidir.

 

İki hissəli kitabın birinci hissəsi televiziyanın yaranma tarixinə, ikinci hissə isə müəllifin həyat və yaradıcılığına həsr olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR