Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub
# 11 sentyabr 2014 12:47 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planı”nın müvafiq bəndləri ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Komitənin sədri Qərib Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əmrə əsasən, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1-ci bəndinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya texnologiyaları, mətbuat və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Səbuhi Qəhrəmanov Komitənin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib.Якорь

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR