Bank Of Baku

DSMF jurnalistlər arasında keçirilən müsabiqənin nəticələrini açıqlayıb

DSMF jurnalistlər arasında keçirilən müsabiqənin nəticələrini açıqlayıb
# 10 iyun 2015 12:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri üçün “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya  təminatınızdır” mövzusunda elan edilən müsabiqənin nəticələrinin acıqlanması münasibətilə tədbir keçirilib.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə bildirilib ki, prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keçirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər.

 

Müsabiqəyə bu ilin 1 aprel tarixindən mayın 15-nə kimi Azərbaycanın sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, sosial sığortanın mahiyyət etibarı ilə vergidən üstün olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər  təqdim  olunub.

 

Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı məqalələr” nominasiyası və müsabiqə dövründə televiziya kanallarında verilmiş “Ən yaxşı telesüjetlər” nominasiyası üzrə jurnalistlər mükafata layiq görülüblər. Bir sıra media orqanlarının əməkdaşları isə “Ən yaxşı məqalələr” nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.

 

DSMF-in sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. Fondun sığorta-pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verdiyini vurğulayan E. Mehdiyev, bu işdə fəal iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirib və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR