Bank Of Baku

Əflatun Amaşov: “İcazəsiz aksiyalar zamanı jurnalistlər elə yerdə dayanırlar ki, informasiya almaq hüquqları daralır”

Əflatun Amaşov: “İcazəsiz aksiyalar zamanı jurnalistlər elə yerdə dayanırlar ki, informasiya almaq hüquqları daralır”
# 28 noyabr 2012 12:32 (UTC +04:00)

 

Bakı. Aynur Qəniyeva – APA. “İcazəsiz aksiyalar zamanı jurnalistlər elə yerdə dayanırlar ki, informasiya almaq hüquqları müəyyən mənada daralır”. Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

 

Onun sözlərinə görə, MŞ-nın məqsədi odur ki, Azərbaycan jurnalistləri küçə aksiyaları zamanı informasiya alarkən heç bir maneəyə rast gəlməsinlər: “Bəzən icazəsiz aksiyalar zamanı jurnalistlər elə yerdə dayanırlar ki, informasiya almaq hüquqları müəyyən mənada daralır. Sonuncu dəfə noyabrın 17-də keçirilən icazəsiz aksiya zamanı yaranan  anlaşılmazlıqla bağlı Azərbaycan Mətbuat  Şurası müvafiq qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Biz həmin məsələni araşdıracağıq”

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR