Bank Of Baku

Əflatun Amaşov Marneulidə azərbaycanlı jurnalistlərlə görüşəcək

Əflatun Amaşov Marneulidə azərbaycanlı jurnalistlərlə görüşəcək
# 02 iyul 2015 19:03 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Görüşdə milli mətbuatımızın tarixi, qarşıda duran vacib məsələlər, söz və ifadə azadlığı çərçivəsində Azərbaycan jurnalistikasının inkişafı, Azərbaycan jurnalistlərinin I Avropa Oyunlarının işıqlandırılmasında əldə edilən müsbət təcrübələrdən və Gürcüstanda Azərbaycandilli jurnalistikanın problemlərindən söhbət açılacaq.

 

Tədbirdə Azərbaycan səfirliyinin rəsmiləri, Gürcüstan parlamentinin deputatları, Marneuli rayon icra hakimiyyəti və bələdiyyə rəhbərliyi, Gürcüstanda nəşr olunan Azərbaycandilli mətbuatda çalışan jurnalistlər və ziyalılar iştirak edəcəklər.

 

Qeyd edək ki, Əflatun Amaşov bu gün Tiflisdə Avropa Birliyinin təşkilatçılığı ilə söz azadlığı və medianın özünütənzimləmə məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR