Bank Of Baku

Əli Həsənov: "Bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hökumətinin müvafiq konsepsiyası var” - YENİLƏNİB

Əli Həsənov: "Bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hökumətinin müvafiq konsepsiyası var” - <span style="color: red;">YENİLƏNİB
# 25 dekabr 2015 13:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir.Ancaq bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hölkumətinin müvafiq konsepsiyası var”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir.

 

Prezidentin köməkçisinin sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlar zəruri tədbirlər həyata keçirirlər: "Hazırda Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır. Xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələrin- təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR