Bakı. Ramil Məmmədli - APA. “Bəziləri ölkədə yaxşı nə varsa, öz adına çıxmağa, pis olanları isə dövlətin üzərinə atmağa vərdiş ediblər. Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübariz aparmaq fonunda dövlətin əleyhinə fəaliyyət göstərirlər”.
Bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Jurnalistlərinin VI qurultayında çıxışında deyib.
Ə. Həsənov “Azadlıq” qəzetinin ünvanına bəzi fikrilər səsləndirib: “Məlumdur ki, “Azadlıq” qəzeti hakimiyyətə opponent partiyalardan birinin orqanıdır. Amma “Azadlıq” qəzeti fəaliyyətə bir partiyanın orqanı kimi başlamayıb. Bu qəzet Azərbaycanın müstəqilliyi dövründən fəaliyyətə başlayıb və insanların həddindən artıq dövlət və dövlətçilik mövqeyi gözlədikləri bir mətbuat orqanı olub. İndi isə dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal bugünkü iqtidarı vurmaq anlamında bu qəzetin səhifələrində tirajlanır, yaxşı şeylər bir qədər də silinərək təhrif olunur. Bunu dəfələrlə sübut etmişik. Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş diplomatlar olub. Onların hamısı, əlbəttə ki, diplomat deyil. Aralarında xüsusi xidmət orqanlarının nümayəndələri, ayrı-ayrı məqsədlərlə Azərbaycana gələn insanlar da var. Onlardan bəziləri diplomatik missiyasını başa vurandan, yaxud hansısa səbəblərdən yarımçıq uzaqlaşdırıldıqdan sonra hüquq-müdafiə təşkilatlarının üzvü kimi fəaliyyətlərini davam etdirirlər. Onların bir-ikisi sizə də bəllidir, “Azadlıq” qəzetinin səhifələrində həmin adamların yazısı gedir. Həmin adamların anti-Azərbaycan fəaliyyəti olduğu kimi, bir az da şişirdilərək qəzetlərimizin səhifəsinə daşınır. Bu proses iqtidarı vurmaq məqsədilə həyata keçirilir. İqtidar bu gün var, sabah yoxdur, hər birimiz yerimizi dəyişə bilərik, amma bu dövlət bizimdir. Jurnalistin ilk vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist eyni zamanda bir ölkənin vətəndaşı, sosial təbəqənin nümayəndəsidir. Məgər biz peşəmizi milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var. Bunun nəticəsi olaraq erməni mətbuatı bizim qəzetlərin yazılarını sadəcə tərcümə edərək dünyaya yayır. “Freedom House”da, “Human Rights Watch”da, digər təşkilatlarda olan bəzi adamlar Azərbaycandan qisas alır. Rebekka Vinset adlı bir xanım gündə “Əl-cəzirə” telekanalında danışır. Vaxtilə ABŞ səfirliyində işləmiş, sonradan oradan uzaqlaşdırılan bir xanımdır. Nədənsə o, bütün fəaliyyətini Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qurub. “Eurovision” mahnı müsabiqəsi zamanı İsveçrədə həmin xanım bir toplantı təşkil etmişdi və bildirmişdi ki, Bakıda keçirilən bu mahnı müsabiqəsi ləğv edilməlidir, Azərbaycan xalqı belə bir tədbir keçirməyə layiq və qadir deyil. Buradan bir qrup mətbuat nümayəndəsi ilə birlikdə İsveçrəyə getdim və o qadına bildirdim ki, sənin ölkənin mən səviyyəli hansı məmuru dünya mediası qarşısında belə açıq şəkildə dialoq aparır? Yoxdur belə nümunə. Qadın mənə dedi ki, Azərbaycan dövlətinə qarşı müharibə elan edib və bu mübarizəni sona qədər davam etdirəcək. Mən ona bildirdim ki, atdığın addımların cavabını alacaqsan. Azərbaycan dövləti yalnız öz xalqının qarşısında öhdəlik daşıyır”.
Ə.Həsənov dövlətin jurnalistikadan gözləntisini də açıqlayıb: “Hökuməti, icra strukturlarını, məmurların fəaliyyətini tənqid etmək olar. Dəfələrlə ölkə prezidenti də məmurları mətbuatdan da sərt tənqid edib. Amma İlham Əliyevin ortaya qoyduğu, istinad etdiyi dövlət maraqlarıdır. Buna görə də bir az vətənpərvərlik hissinizi, məsuliyyətinizi unutmayın”.
Şöbə müdiri deyib ki, bizim hakimiyyət daim mediaya hörmətlə yanaşıb: “Bu gün də Azərbaycan jurnalistlərinə hörmət və ehtiramımızı izhar edirik. Əlbəttə, bizi də tənqid edirlər, bizim də səhvlərimiz var. Amma o faktı da qeyd edim ki, bu günə kimi Azərbaycan mediasına bu qədər müsbət yanaşan ikinci hakimiyyət olmayıb. Bizi əvəz etməyə çalışanların açıqlamasında bunun daha yaxşı olacağına inanmıram. Hakimiyyətə iddialı olanlar fərqli düşünənlərin ağzından vuracaqlarını söyləyirlər. Özü vuracaq və cəriməsini də özü verəcək deyir. Xüsusilə də bu iqtidarı müdafiə edənlərin azğından vuracağını və məsuliyyətini də daşıyacağını söyləyir. Ağızdan vurmağa görə məsuliyyət isə min manat cərimədir. Deməli, sillələr vuracaq, cəriməni də büdcədən götürüb ödəyəcək. Təəssüf ki, belə bir adama bəzi qəzetlər dəstək verir. Gəlin dəyərli namizədi təbliğ edək. Öz hisslərini idarə edə bilməyən, qisasçılıq zəminində hakimiyyətə can atan, üç il əvvəl dediklərini danan, indi tamam başqa mövqedə olan adamdan nə gözləmək olar? Bu dəyişikliyin səbəbini də hamı bilir. Təsəvvür edin, 20 ildir Azərbaycan müxalifəti hakimiyyətə gəlmək istəyir, bunu gözləyir, amma yerini bir günün içərisində başqasına verir. Belə müxalifətçilik olar? Əlbəttə, onlar öz yerlərini kimə verəcəklərini özləri müəyyənləşdirirlər. Lakin müxalifət hakimiyyət uğrunda mübarizəsini dayandırdığı gün istefa verməlidir. “Gözləyək, kimsə gəlib bu hakimiyyəti bizə versin, sonra özümüz paylaşarıq, kim gəlir məqbuldur” prinsipi - budur onların missiyası...”
Əli Həsənov: “Bəzi jurnalistlər hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübariz aparmaq fonunda dövlətin əleyhinə fəaliyyət göstərirlər”
Media
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Xəbər Lenti
Kuşner: Ukrayna üzrə danışıqlarda ən çətin məsələ ərazilərlə bağlıdır
Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini “xoşməramlı jest” adlandırıb
Husilər Səudiyyə Ərəbistanının iki gündə Yəmənə 129 hava zərbəsi endirdiyini açıqlayıb
IRNA: Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında iki partlayış baş verib
Yaponiyada atletika çempionatı zamanı 28 nəfər qidadan zəhərlənib
Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
CNN: Ukrayna Mali və Sudanda yerli silahlı qruplara təlim keçmək üçün hərbçilər göndərib
Yəmən hökumət qüvvələri Moha yaxınlığında husilərin hərbi texnikasını məhv etdiklərini açıqlayıb
İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO
Türkiyə XİN İraqdan Səudiyyə Ərəbistanına PUA hücumlarını pisləyib
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliya “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb