Bank Of Baku

Əli Həsənov: “Mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur”

Əli Həsənov: “Mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur”
# 11 iyul 2013 07:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bu gün mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur. Azərbaycan jurnalistlərinin VI qurultayı jurnalistlərin peşəkarlaşması, neqativ proseslərin tədricən jurnalistikamızdan sıxışdırılıb çıxarılması və mətbuatın demokratiyası dövrünə təsadüf edir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinin inkişafına rəvac verəcək: “Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı əksər problemlərdən azad olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR