Bank Of Baku

Əli Həsənov: “Jurnalistlərin, QHT-lərin, məmurların borcu qanunla təsbit olunmuş davranış normalarına əməl etməkdir”

Əli Həsənov: “Jurnalistlərin, QHT-lərin, məmurların borcu qanunla təsbit olunmuş davranış normalarına əməl etməkdir”
# 22 may 2013 09:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

 

O bildirib ki, demokratik idarəçilik dövründə yanaşmaların fərqliliyi təbiidir: “Əsas odur ki, beynəlxalq aləm qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Həmçinin, çalışırıq ki, söz və fikir azadlığı məhdudlaşdırılmasın, jurnalistlərin peşəkarlığı artsın, Azərbaycan cəmiyyəti bundan əziyyəti çəkməsin. Bu işi biz görürük. Əlbəttə tərəfdarlarımız olduğu kimi, opponentlərimiz də var. Bu da təbii haldır”.

 

Ə. Həsənov əlavə edib ki, istər jurnalistlərin, istər QHT-lərin, istərsə də məmurların borcu qanunla təsbit olunmuş davranış normalarına əməl etməkdir: “Biz məmurları da həmişə mətbuatla, QHT-lərlə əlaqələrdə bu normalara əməl etməyə çağırırıq, jurnalistləri də. Jurnalistlər daha çox sözlə işləyirlər. Onların fəaliyyəti özünü qabarıq şəkildə göstərdiyinə görə, sanki iradların yalınız jurnalistlərə yönəldiyi düşünülür. Əslində isə belə deyil. Azərbaycan cəmiyyətində hər bir strukturun, qurumun və şəxsin öz məsuliyyət və öhdəliyi var. Buna da hamı əməl etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR