Bank Of Baku

Ərəstun Mehdiyev: “Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik”

Ərəstun Mehdiyev: “Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik”
# 10 iyul 2015 09:15 (UTC +04:00)

 

APA-nın məlumatına görə, bu sözləri “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib. 
 
Ə. Mehdiyev bildirib ki, mətbuat müxtəlif istiqamətlərdə öz məsuliyyətini bir az artırmalıdır: “Milli mətbuatımızın qaranquşu olan “Əkinçi”nin nəşrindən sonra çap olunan digər mətbu orqanlar Azərbaycan xalqının milli özünüdərkinə böyük diqqət yetirib və bu yolda böyük rol oynayıb. O dövrdən bu günə qədər mətbuatımızı izləsək, görərik ki, Azərbaycanın milli dəyərləri geniş şəkildə işıqlandırılıb. Bu gün müharibə şəraitində yaşayırıq. Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik. Mətbuatın peşəkarlığı burada böyük rol oynayır. Cənab prezidentin vurğuladığı kimi, jurnalistlərin vətənpərvər olması vacib məsələlərdəndir. Mətbuatın cəmiyyətdə tutduğu rol çox əhəmiyyətli və önəmlidir. Onun üzərinə böyük missiya və vəzifə düşür. İnanıram ki, Azərbaycan mətbuatın üzərinə götürdüyü böyük missiyanı indiyə qədər olduğu kimi, bundan sonra da davam etdirəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR