Bank Of Baku

Erməni hakerlər “APA Holding” MMC-yə daxil olan qurumların saytlarına açıq ip ünvanlarından hücumlar edirlər

Erməni hakerlər “APA Holding” MMC-yə daxil olan qurumların saytlarına açıq ip ünvanlarından hücumlar edirlər
# 04 avqust 2014 11:53 (UTC +04:00)

APA-nın məlumatına görə, erməni hakerlər tərəfindən bu gün saat 10.00-dan etibarən açıq ip ünvanlarından “APA Holding”-in saytlarına və müdafiə qurğu arxasında olan avadanlıqlara daim və kəsilməyən DDoS hücumlar başlayıb. Hücumun maksimal qeydə alınmış həcmi 25 Gbit/s təşkil edir (~=200 000 kbp/s).

 

Həmin ip-lərin əksəriyyəti Ermənistan və Rusiya telecom şirkətlərinə məxsusdur.

 

Haker hücumları nəticəsində “APA Holding”-ə daxil olan qurumların saytlarının fəaliyyətində ciddi problemlər yaranıb. Bununla belə, holdinqin İT mütəxəssisləri hücumların qarşısının alınması, saytların normal iş rejimində fəaliyyətini davam etdirməsi üçün lazımi tədbirlər həyata keçirirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR