Bank Of Baku

Fazil Mustafa: “Jurnalistlərə ev verilməsi zamanı internet mediada çalışanlara da diqqət yetirilməlidir”

Fazil Mustafa: “Jurnalistlərə ev verilməsi zamanı internet mediada çalışanlara da diqqət yetirilməlidir”
# 24 may 2013 10:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında dövlət tərəfindən jurnalistlərə verilən evlərin bölgüsü məsələsi qaldırılıb.

 

APA-nın məlumatına görə, çıxış edən deputat Fazil Mustafa bildirib ki, bu gün mətbuatda daha çox məşhur olan internet portalları və saytlardır.

 

O, bölgü zamanı internet mediaya ciddi diqqət yetirilməsini tələb edib: “Burada çalışan jurnalistlər çap mediasından fərqli şəkildə qəbul edilir. Məncə, bütün kateqoriyadan olan jurnalistlərə bölgünün ədalətli aparılması yalnız işə fayda verər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR