Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən son müsabiqəyə də marağın böyük olduğunu vurğulayıb: "Müsabiqəyə 19 istiqamət üzrə 66 KİV-dən 153 yazı təqdim edilib. Hər istiqamət üzrə birinci (1 yer), ikinci (2 yer) və üçüncü yerlər (3 yer) üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub".
Daha sonra müsabiqənin qalibləri açıqlanıb.
Müsabiqənin qalibləri arasında APA İnformasiya Agentliyinin əməkdaşları Cavid Zeynallı və Ramiz Mikayıloğlu və "Lent.az" İnformasiya Agentliyinin əməkdaşı Ləman Mustafaqızı da var .