Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 26 yanvar 2018 10:12 (UTC +04:00)

Bu gün Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqəyə 35 yazının təqdim edildiyini bildirib.

Müsabiqədə I yer üçün bir, II yer üçün iki və III yer üçün üç qalib müəyyənləşdirilib. V. Səfərli I yerin qalibi üçün 1000 manat, II yerin qalibləri üçün 600 manat, III yerin qalibləri üçün 600 manat mükafatın nəzərdə tutulduğunu qeyd edib. Digər yazı müəlliflərinin hər birinə həvəsləndirici mükafat - 100 manat və Müəllif Hüquqları Agentliyinin fəxri diplomunun verilməsi qərara alınıb.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Agentliyin fəaliyyəti barədə geniş məlumat verib, jurnalistlərə müəlliflərin hüquqlarının müdafiəsi sahəsində fəal olmağa çağırıb.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Azərbaycanda mətbuata həmişə diqqət göstərildiyini, jurnalistlərin mənzil-məişət, qəzetlərin maddi texniki-durumun yaxşılaşdırılması istiqamətində addımlar atıldığını söyləyib. S. Novruzov da jurnalistləri müəllif hüquqlarının müdafiəsi sahəsində fəal olmağa çağırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra qaliblər mükafatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR