Bank Of Baku

Gəncədə «İnternet mediasında peşə etikası» mövzusunda tədbir keçirilir

Gəncədə «İnternet mediasında peşə etikası» mövzusunda tədbir keçirilir
# 06 iyul 2013 15:47 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi tərəfindən «İnternet mediasında peşə etikası» mövzusunda Gəncə şəhərində tədbir işə başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, təbirdə respublikanın aparıcı xəbər saytları, agentlikləri eləcə də regional mediada çalışan jurnalistlər və yeni media üzrə mütəxəssislər və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təsisçiləri bildiriblər ki, tədbirin təşkilində əsas məqsəd Azərbaycanda internet mediasında jurnalistlərin peşə etikası ilə bağlı problemlərin müzakirəsini təşkil etməkdir.

 

Gəncə şəhərinin icra başçısı E.Vəliyev çıxışında son illər ölkədə mətbuatın vəziyyətindən danışıb. İcra başçısı qeyd edib ki, Gəncədə mətbuat nümayəndələrinin rahat işləməsi üçün Mətbuat Evi tikilir. Bundan başqa, E.Vəliyev çap mediasının yayılması üçün şəhərin müxtəlif yerlərinə 50-ə yaxın mətbuat yayımı köşkünün qoyulduğunu bildirib.

 

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli keçirilən tədbirin əhəmiyyətli olduğunu qeyd edib və yeni mediada peşə etikasının vacibliyini vurğulayıb: «İnternet azad məkandır. Bəzən bu azadlıq ifrat dərəcədə qanun pozmalar ilə müşahidə edilir. Bəzən internetdə saxta profillər yaradaraq vətəndaşlar başqaları haqqında təhqir, böhtan kimi fikirlər bildirirlər. Belə hallara qarşı nəzarət etmək üçün uğurlu variant tapılıb. Bu ilin əvvəlində Mətbuat Şurasının nəzdində internet media ilə bağlı xüsusi komissiya yaradılıb. Bundan əlavə, qanunvericiliyə dəyişiklik edilib ki, internet resurslarında şəxsiyyətə müdaxilə ilə bağlı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiq edilməsi nəzərdə tutulur».

 

M.Ələsgərlinin sözlərinə görə, 2011-ci ildə Şuraya etika qaydalarının pozulması ilə bağlı 597 şikayət daxil olub ki, onlardan 25%-i məmurlar, qalanı isə siyasi partiya nümayəndələri, iş adamları və digər şəxslər tərəfindən olub. Şura rəsmisi bildirib ki, 2012-ci ildə artıq 603 analoji şikayət daxil olub.

 

Tədbir iki gün davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR