Bank Of Baku

Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini ziyarət ediblər

Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini ziyarət ediblər
# 22 iyul 2017 14:19 (UTC +04:00)

Milli mətbuat günündə Gəncədə çalışan mətbuat nümayəndələri Həsən bəy Zərdabinin məsləkdaşlarından və “Əkinçi” qəzetinin yaradıcılarından olan Əsgər ağa Goraninin məzarını  ziyarət ediblər. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 22 iyul - Milli Mətbuat günündə keçirilən tədbirdə Gəncədə çalışan jurnalistlər iştirak ediblər.

 

Ə. Gorani dövrünün tanınmış simalarından olmuş Əsgər ağa Gorani tarixdə maarifçi, xeyriyyəçi, publisist , tərcüməçi, teatr xadimi kimi daxil olub. Əsgər ağa Gorani ədliyyə sistemində də çalışıb, ömrünün son 5 ilində isə Gəncə şəhər bələdiyyə idarəsinin sədri olub.

Ə. Gorani “Əkinçi”nin ən fəal, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən yazarlarından olub. Qəzetin 17 nömrəsində onun 39 məqaləsi dərc olunub. Ömrünün son 5 ilini Gəncə şəhər bələdiyyə sədri işləyən Əsgər ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə Gəncədə biri qızlar üçün olan dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub.

 

1857-ci ildə Gəncə bölgəsinin Goran kəndində doğulan Əsgər ağa Gorani 1910-cu ildə vəfat edib, Gəncədə yerləşən  “Səbiskar” qəbiristanlığında dəfn olunub.

 

Bu gün həmçinin Gəncə şəhər İcra Hakimiyyətində 22 iyul Milli mətbuat günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə media işçiləri təltif olunublar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR