Gürcüstan Müsəlmanları İdarəsi “İmedi” televiziya kanalına etiraz edib

Gürcüstan Müsəlmanları İdarəsi “İmedi” televiziya kanalına etiraz edib
# 03 avqust 2013 14:26 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) “İmedi” telekanalında iyulun 22-də Batumi bulvarında öldürülən Mariam Koçalidzenin Müqəddəs Ramazan ayı münasibətilə qurban verilməsi barədə yayılan məlumatla əlaqədar etiraz bəyanatı yayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatda bildirilib ki, “İmedi” televiziya kanalı dinlərdə bu və ya digər qayda və ənənələrin mövcudluğunu yoxlayıb, barədə faktlara əsaslanmalıdır: “Məlumatda bildirilib ki, qatil onu məhz Ramazan ayında qurban etmək qərarına gəlib. Bu münasibət ictimaiyyət arasında İslama qarşı təhlükəli və xoşagəlməz stereotiplər yarada bilər. Digər səmavi dinlər kimi İslam dini də insan qurbanına və hər bir formada insanlığa qarşı edilən cinayətə qarşı həmişə kəskin etirazını bildirir. Biz ilk növbədə zərərçəkənin ailəsinə yeniyetmənin öldürülməsi ilə əlaqədar başsağlığı verir, onların acısını, kədərini hiss edirik. Ailədən xahiş edirik ki, səbr etsinlər, yayılan yalançı və əsassız məlumatlara inanmasınlar. Bu cəmiyyətdə müxtəlif fəsadlar törədə bilər”.

Təşkilat, eyni zamanda bəyan edib ki, “İmedi” telekanalı və bütün KİV belə informasiyaların yayımı zamanı ailənin vəziyyətini nəzərə almalıdır.

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, İran vətəndaşı Möhəmməddin Roointan 16 yaşlı Mariyam Koçalidzeni qətlə yetirilməsi şübhəli bilinir.

Hadisə iyulun 22-də baş verib. Möhəmməddin Roointan iyunun 23-də “Sarpi” gömrük-buraxılış məntəqəsindən Gürcüstan ərazisinə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR