Bank Of Baku

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən beynəlxalq yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - APA TV

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən beynəlxalq yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">APA TV
# 07 may 2013 08:50 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə müsabiqənin qalibləri, hökumət rəsmiləri, Milli Məclisin deputatları və QHT təmsilçiləri, KİV nümayəndələri iştirak edib.

 

Əvvəlcə tədbirdə H. Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 

Şuranın sədri Azay Quliyev çıxışında H. Əliyevin Azərbaycan dövlətinin yenidən qurulması, formalaşmasındakı rolu haqda danışıb. O bildirib ki, bu ilin fevralın 15-də elan olunan yazı müsabiqəsi bir müddət əvvəl başa çatıb: “Müsabiqə barədə xəbər dünyanın 6 ölkəsində - Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyada yerləşən Azərbaycan səfirlikləri vasitəsilə bu ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılıb və böyük marağa səbəb olub. Müsabiqə ulu öndər Heydər Əliyevin şəxsiyyəti, beynəlxalq ictimai-siyasi fəaliyyəti, Azərbaycanın həmin ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrində ulu öndərin rolu haqda mövzuları əhatə edib”.

 

Həmçinin, tədbirdə qeyd olunub ki, Şurada müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi prosesi Müsabiqə Komissiyası tərəfindən həyata keçirilib. Komissiyanda millət vəkili Elmira Axundova, “APA  Holding”in prezidenti Vüsalə Mahirqızı, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin direktoru Aleksandr İvanov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Jurnalistlər İttifaqının baş katibi Ramiz Əsgər və “1News.az” informasiya agentliyinin baş direktoru Rəhman Hacıyev təmsil olunub.

 

Müsabiqə Komissiyasının sədri, Milli Məclisin deputatı Elmira Axundova çıxışında H. Əliyevin həyatı haqda danışaraq bildirib ki, bu kimi müsabiqələr onun həyat və fəaliyyətini xarakterizə etmək üçün geniş imkanlar yaradır.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyevi ictimai-siyasi, iqtisadi, mədəni fəaliyyət baxımından əvəzolunmaz şəxsiyyət kimi xarakterizə edib. Ə. Həsənov qeyd edib ki, onun fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün dünyada hiss olunur: “Onun keyfiyyətləri dünya dəyərlərinə çevrilib”.

 

Müsabiqənin əhəmiyyəti haqda da danışan Ə. Həsənov qeyd edib ki, H. Əliyevin fəaliyyətinin dünyada dəyərləndirilməsi Azərbaycan xalqına qürur verir və onun hansı səviyyəli siyasətçi olmasının göstəricisidir: “Liderlərin taleyi birbaşa böyük yaradan tərəfindən müəyyən olunur, bir xalqın, bəşəriyyətin taleyində mühüm rol oynayır. Təsadüfi deyil ki, bütün Avrasiya regionunu əhatə edən dövlətlərin jurnalistləri Heydər Əliyevin fəaliyyətini, bu liderin xalqına və bölgə xalqlarına verdiyi dəyərləri qiymətləndirirlər. Heydər Əliyevin 20-ci əsrin sonlarında, 21-ci əsrin əvvəllərində Qərblə Şərq arasında sosial-iqtisadi, mədəni körpülərin salınması sahəsində bəşəri fəaliyyət göstərib. Heydər Əliyevin irsi təkcə bizim xalqın deyil, dünya siyasətşünaslarının, jurnalistlərinin tədqiqat obyektinə çevriləcək. Biz bu gün artıq bunu görürük”.

 

Sonra mükafatlar və xatirə diplomları Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyadan olan 6 qalibə təqdim olunub. Bununla yanaşı 6 yazar həvəsləndirici diplomlarla təltif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR