İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib
# 29 may 2015 09:32 (UTC +04:00)

APA-nın məlumatına görə, məsələ barədə məlumat verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin dövrü olaraq ictimaiyyət qarşısında hesabat verməsini zəruri sayıb.

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da bu təklifi dəstəkləyib.

Müzakirələr zamanı danışan millət vəkili Sabir Rüstəmxanlı Binəqədidə yaşayış binasında baş vermiş yanğının parlamentdə geniş müzakirə olunmasını zəruri sayıb.

S. Rüstəmxanlı televiziya sahəsinin peşəkarı olmayan insanların İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürməsinin düzgün olmadığını bildirib.

S. Rüstəmxanlı deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının Gəncədə fəaliyyət göstərməsinə baxmayaraq, Gəncədə AXC-nin qurucularına münasibətdən narazılıq edib.

Daha sonra İTV-nin Yayım Şurası ilə bağlı məsələ səsverməyə çıxarılıb. Sahibkarlar Şurası tərəfindən irəli sürülən Zeynalov Vüqar Eldar oğlu, gənclər təşkilatları tərəfindən irəli sürülən Seyidov Mirhəsən Mirheydər oğlu, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Yusifova Sevil Şərif qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər. Onlar artıq müddətləri bitmiş Namiq Məmmədovun, Fuad Muradov və Zərifə Salahovanın yerlərinə seçiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR