Bakı Şəhər Baş Səhiyyə İdarəsinin təsərrüfat hesablı poliklinikasının adı dəyişdirilib

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin təsərrüfat hesablı poliklinikasının adı dəyişdirilib
# 13 avqust 2012 12:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin təsərrüfat hesablı poliklinikası Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən müəssisələrin ştat sayı və əməkhaqqı fonduna daxil edilib. Tibb müəssisəsi Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 37 nömrəli Şəhər Poliklinikası adlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR