Bank Of Baku

İran Radio və Televiziya Təşkilatının sədrinin Azərbaycana səfəri başlayır

İran Radio və Televiziya Təşkilatının sədrinin Azərbaycana səfəri başlayır
# 09 oktyabr 2014 10:23 (UTC +04:00)

Bakı.  Rüfət Əhmədzadə - APA. Bu gün İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri İzzətulla Zərğaminin Azərbaycana səfəri başlayır.

 

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, İ.Zərğami Bakıya Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə gəlir.

 

Səfirlikdən qeyd ediblər ki, İ.Zərğaminin digər yüksək vəzifəli rəsmilərlə, o cümlədən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşü gözlənilir.

 

İ.Zərğami səfər çərçivəsində Azərbaycan MTRŞ-da və bir neçə televiziyada olacaq, iş prosesi ilə yaxından tanış olacaq.

 

Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan-İran birgə media komitəsinin yaradılması məsələsi də müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR