Bank Of Baku

İran Radio və Televiziya Təşkilatının sədri: “İstehsal etdiyimiz proqramlardan birgə yararlanmalıyıq” - FOTO

İran Radio və Televiziya Təşkilatının sədri: “İstehsal etdiyimiz proqramlardan birgə yararlanmalıyıq” - <span style="color: red;">FOTO
# 14 oktyabr 2014 10:43 (UTC +04:00)

“İranda çəkilən filmlər Azərbaycanın adət-ənənəsinə, mədəniyyətinə uyğun gəlir”

 

Bakı. Gülnar Bəşirova - APA. "İranın Radio və Televiziya Təşkilatı tərəfindən 160-dan çox radio və televiziya kanalı yayımlayır".

 

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında İranın Radio və Televiziya Təşkilatının sədri İzətullah Zərqami deyib. 

 

İ. Zərqami qeyd edib ki, İranda yayımlanan radio və televiziya kanalları dünyanın bir çox ölkələrində də yayımlanır: “İranın Radio və Televiziya Təşkilatının özəlliyi budur ki, bu təşkilat müxtəlif filmlərin hazırlanmasında fəaliyyət göstərir. İldə 300-ə yaxın film bu təşkilat tərəfindən çəkilir. İranda istehsal olunan serialların hamısı bu Radio və Televiziya Təşkilatı tərəfindən çəkilir. İldə 2 min saat seriallar çəkilir. Animasiya filmlərinin istehsalı böyük xərc tələb etdiyindən bu filmləri bəzi ölkələr üçüncü ölkədən alırlar. Ancaq İran dövləti animasiya filmlərin çəkilişlərini özü edir. İldə 22 min dəqiqə animasiya filmləri İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı tərəfindən çəkilir”.

 

Təşkilat sədri qeyd edib ki, Azərbaycan telekanallarında Hollivud filmlərinin nümayişinə üstünlük verilir: "Halbuki İranda çəkilən filmlər Azərbaycanın adət-ənənəsinə, mədəniyyətinə uyğun gəlir. İstehsal etdiyimiz proqramlardan birgə yararlanmalıyıq. Kinofilmlərin mübadiləsi aparılmalıdır. Azərbaycanlı film mütəxəssisləri ilə müzakirələr apardıq. Rəqəmsal ötürücülərin istehsalında İran böyük işlər görüb. Qərara alındı ki, bu ötürücülərdən birini Azərbaycana göndərək. Burda həmçinin “Azerspace” barədə müzakirələr apardıq. Qərara aldıq ki, İran “Azərspace”dən 1 transpoter alsın. Beləliklə, İranın 12 kanalı “Azerspace”də yayımlana bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR