İranda bir qəzetin nəşrinə qadağa qoyulub, xəbər agentliyinin direktor müavini həbs edilib - FOTO

İranda bir qəzetin nəşrinə qadağa qoyulub, xəbər agentliyinin direktor müavini həbs edilib - <span style="color: red;">FOTO
# 12 mart 2013 09:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda “Məğrib” qəzetinin nəşrinə qadağa qoyulub. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, mətbu orqanın nəşri İran İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Heyəti tərəfindən dayandırılıb.

 

Buna səbəb kimi “Məğrib” qəzetinin İranın kütləvi informasiya vasitələri haqqında qanununu pozması göstərilib. Ancaq qəzetin nəşrinin dayandırılması səbəblərindən biri kimi İranın eks-prezidenti Məhəmməd Xatəminin məktubunu dərc etməsi də ehtimal edilir. Bundan sonra qəzetin siyasət şöbəsinin redaktoru Məhəmməd Mehdi İmami Nasiri və həmin mətbu orqanın siyasət şöbəsinin yazarı Əlirza Ağayirad tutulub. Lakin “Məğrib” qəzetinin baş redaktoru Əmir Musa Kazımi onların həbsini Ə.Ağayiradın “Kişinin tərbiyəsi onun dövlətindən daha yaxşıdır” başlığı altında yazdığı məqalə ilə əlaqələndirib. Hazırda qəzetin hər iki əməkdaşı azadlığa buraxılıb.

 

Bundan əlavə, “Təsnim” xəbər agentliyinin direktor müavini Abbas Dərviş Təvanger həbs edilib. Ancaq hələlik onun həbs edilməsinin səbəbi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR