Bakı. Real Cəfərli - APA. İranın bəzi rəsmi və yarırəsmi xəbər agentlikləri Türkiyə türkcəsində xəbər yayımını dayandırıb.
APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İranın əsas dövlət agentliyi olan İRNA 2005-ci ildə türk dilində xidmətini istifadəyə verib. Ancaq İRNA türk dilində xəbər yayımına tamamilə son qoyaraq bu xidməti xeyli müddətdir bağlayıb.
Bundan əlavə, 2008-ci ildən bəri türk dilində informasiya yayan yarırəsmi xəbər agentliyi “Fars” da bu xidmətin fəaliyyətini dondurub. Agentlik aprelin 20-dən türk dilində heç bir xəbər dərc etməyib.
Hər iki agentliyin hansı səbəbdən türkcə xəbər dərc etməməsi barədə heç bir açıqlama verilməyib. Hadisənin iqtisadi səbəblərdən qaynaqlandığı ehtimal edilir.