Bank Of Baku

İsrailli jurnalistlər Quba məzarlığını ziyarət edib

İsrailli jurnalistlər Quba məzarlığını ziyarət edib
# 16 aprel 2013 10:12 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Azərbaycanda səfərdə olan İsrail mediasının nümayəndə heyəti Quba rayonuna səfər edib. APA-nın şimal bürosunun xəbərinə görə, qonaqlar əvvəlcə Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşüblər. Sonra onlar Qubada aşkarlanmış kütləvi məzarlığı ziyarət ediblər. Jurnalistlərə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilib.

 

Qeyd edək ki, səfərin təşkilatçısı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasıdır (Azİz).

 

Media nümayəndələrinin Qusar rayonuna da səfəri planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR