Azərbaycanda havaların istiləşməsi ilə əlaqədar ilan sancmalarının sayı artıb

Azərbaycanda havaların istiləşməsi ilə əlaqədar ilan sancmalarının sayı artıb
# 01 may 2012 11:46 (UTC +04:00)
Onlardan birinin vəziyyəti ağırdır. Bu barədə APA-ya Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. A.Maqsudovun sözlərinə görə, vəziyyəti ağıq qiymətləndirilən xəstə Siyəzən rayonundan gətirilib: “Xəstə 45 yaşlı kişidir. O bu gün şöbəyə yerləşdirilib. Vəziyyəti ağırdır. Siyəzəndən dünən buraya ilan sancması bağlı daha bir xəstə də gətirilib”.
Şöbə müdiri digər 3 müraciətin isə Bakı şəhəri qəsəbələrinin sakinləri tərəfindən olduğunu deyib.

A. Maqsudov onu da bildirib ki, daha bir nəfər “qaraqurd” hörümçəyinin sancması ilə bağlı şöbəyə yerləşdirilib. Onun sözlərinə görə, hazırda həmin xəstənin vəziyyəti orta ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR