Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda informasiya sahəsində qanunvericilik tam formalaşıb. Ancaq onların tətbiqində çatışmazlıqlar mövcuddur”.
APA-nın məlumatına görə, bunu “Məlumatın əldə olunmasının təşviqində hökumət sözçüləri və jurnalistlər arasında səmərəli əməkdaşlığın rolu” mövzusunda seminarda ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib.
O qeyd edib ki, Azərbaycanda bu sahədə böyük işlər görülsə də, bəzi problemlər hələ də var: “Hökumət qurumları bəzən birtərəfli çalışır. Dövlət qurumları ilə xalq arasında əlaqələri gücləndirmək lazımdır. Bu sahədə keyfiyyətin yüksəldilməsi üçün əməkdaşlıq olmalıdır. Burada medianın rolundan istifadə edilməlidir”.
K. Tarqay bildirib ki, ATƏT Azərbaycan hökuməti və Mətbuat Şurası ilə bu sahədə şəffaflığa və inkişafa nail olmaq üçün bundan sonra da əməkdaşlığı davam etdirəcək.