Bank Of Baku

Lukaşenko 7-ci Avropa və Asiya Media Forumunun iştirakçılarını qəbul edib

Lukaşenko 7-ci Avropa və Asiya Media Forumunun iştirakçılarını qəbul edib
# 11 dekabr 2012 10:42 (UTC +04:00)

 

APA-nın xəbərinə görə, A.Lukaşenko bildirib ki, bu gün KİV-in əsas vəzifəsi destruktiv ideyaların cəmiyyətə yol tapmasının qarşısını almaq, insanların və hakimiyyətin dialoqunu təşkil etməkdən ibarətdir.

 

Forumun “Postsovet məkanındakı inteqrasiya prosesləri və yeni media” mövzusunda keçirilməsini alqışlayan Belarus prezidenti deyib ki, inteqrasiyanın əsasında maraqların balansı və əhalinin həyat səviyyəsinin yüksəldilməsidir: “Belarus postsovet məkanında inteqrasiya layihələrinin təşəbbüskarı və dəstəkləyicisi olub”.

 

Qeyd edək ki, 7-ci Avropa və Asiya Media Forumunda MDB və Pribaltka ölkələrindən 200-dən artıq nümayəndə, o cümlədən APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev də iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR