Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Mətbuatın yaranmasının 141-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrin bir araya gəldiyi tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkədə mətbuatın inkişafına göstərilən dövlət qayğısından, rayonun ictimai-siyasi həyatının işıqlandırılmasında bölgə müxbirlərin fəal rolundan söz açıb.
Tədbirdə çıxış edən jurnalistlər onların sosial problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda mətbuat nümayəndələrinin bir qrupuna mükafatlar verilib.