Məhəmməd Əxgəri: “İranda erməni dilində televiziya kanalı fəaliyyət göstərmir”

Məhəmməd Əxgəri: “İranda erməni dilində televiziya kanalı fəaliyyət göstərmir”
# 14 may 2015 14:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İranın Radio və Televiziya Təşkilatının sədr müavini Məhəmməd Əxgəri deyib. M. Əxgəri bildirib ki, bu, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək: “Səfərimiz zamanı görüşdüyümüz rəsmi şəxsləri kanalın açılış mərasiminə dəvət etmişik. Kanalda iki ölkənin mədəni bağları, ictimai, siyasi, idman sahəsində müxtəlif proqramlar yayımlanacaq. O cümlədən dünya və Qafqaz regionunda baş verən xəbərlər yer alacaq”.

M. Əxgəri Bakıda keçirdiyi görüşlərdə media, televiziya proqramlarının istehsalı sahəsində müzakirələr aparıldığını vurğulayıb: “Bu səfərdə qərara alındı ki, media sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkədən işçi qrupu formalaşdırılsın. İran və Azərbaycan media orqanlarında əməkdaşlıq üçün böyük potensial var. Azərbaycan tərəfi bu məsələyə çox müsbət yanaşdı”.

M. Əxgəri gələcəkdə “Azerispace-1” peykində bu kanalın yayımının mümkün ola biləcəyini söyləyib.

M. Əxgəri qeyd edib ki, İranda erməni dilində televiziya kanalı fəaliyyət göstərmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR