Bakı. Şəhriyar Əlizadə - APA. Səbail rayon Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin şikayəti təmin edilməyib. MTRŞ-nın çıxardığı qərar qüvvəsində saxlanılıb.
Qeyd edək ki, MTRŞ ANS televiziyasında yayımlanan “Dünya müharibəsi” bədii filminin yayımında və “Salam Azərbaycan ” verilişində reklam haqqında qanunvericiliyin tələbələrinin pozulmasını əsas gətirərək qərar qəbul edib. Həmin qərarda ANS-in cərimə olunması nəzərdə tutulub. Qərarla razılaşmayan şirkət isə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib.