Mərkəzi Bankda ənənəvi “Açıq qapı” günü keçirilib - FOTO

Mərkəzi Bankda ənənəvi “Açıq qapı” günü keçirilib - <span style="color: red;">FOTO
# 17 iyul 2014 13:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan milli mətbuatının yaranmasının 139 illiyi münasibəti ilə Mərkəzi Bankda jurnalistlər üçün növbəti “Açıq qapı” günü keçirilib.

APA-Economics”in xəbərinə görə, Mərkəzi Bankın sədr müavini Aftandil Babayev kütləvi informasiya vasitələri (KİV) nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib.

A.Babayev bildirib ki, ölkədə vətəndaş cəmiyyətinin qurulmasında, demokratik dəyərlərin bərqərar olması və inkişafında milli mətbuatın rolu danılmazdır. O, Mərkəzi Bankın siyasəti və fəaliyyətinin başlıca istiqamətləri barədə məlumat verərək, onun missiyasının daha da səmərəli reallaşdırılmasında, yeritdiyi pul və bank quruculuğu siyasətinin ictimaiyyət tərəfindən düzgün qavranılmasında KİV-in mühüm rol oynadığını qeyd edib. O, media institutları ilə işin daha da təkmilləşdirilməsi istiqamətində son vaxtlar Mərkəzi Bankda həyata keçirilən tədbirlərə də toxunub.

A.Babayev bankın kommunikasiya siyasəti barəsində danışaraq bildirib ki, Mərkəzi Bankın əsas kommunikasiya kanalı olan rəsmi internet səhifəsi həm məzmun, həm də texniki baxımdan daim təkmilləşdirilir, bu zaman ən qabaqcıl mərkəzi bankların mütərəqqi təcrübələrindən istifadə olunur. Burada istifadəyə verilən yeni interaktiv sorğu platformasının imkanlarından danışan Mərkəzi Bankın sədr müavini deyib ki, iki dildə fəaliyyət göstərən, ziyarətçilərinin sayı milyonu ötən rəsmi internet səhifəsinə orta hesabla il ərzində mindən çox yeni məlumat və materiallar daxil edilir.

Mərkəzi Bankın hədəf qruplarının iqtisadi maarifləndirilməsi istiqamətində də fəal iş apardığını vurğulayan A.Babayev bankın reallaşdırdığı “Maliyyə savadlılığı” meqa-layihəsində media nümayəndələrinin də maarifləndirilməsi ilə bağlı mühüm vəzifələrin müəyyənləşdirildiyini qeyd edib.

Mərkəzi Bankın əsas kommunikasiya hədəf qruplarından birinin KİV olduğunu vurğulayan A.Babayev bildirib ki, artıq ənənəyə çevrilən “Açıq qapı” günü tədbiri jurnalistlərə Mərkəzi Bankın struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verir. Yeri gəlmişkən, bu dəfə də jurnalistlər Mərkəzi Bankın ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti ilə əyani tanış olublar. Struktur bölmələrin rəhbərləri tərəfindən media nümayəndələrinə görülən işlər barədə ətraflı məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR