Bank Of Baku

Əflatun Amaşov: "Cəbhədəki durumun KİV-də işıqlandırılmasında müsbət tendensiya müşahidə olunur"

Əflatun Amaşov: "Cəbhədəki durumun KİV-də işıqlandırılmasında müsbət tendensiya müşahidə olunur"
# 04 aprel 2016 16:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ötən illərlə müqayisədə cəbhədəki durumun yerli KİV-də işıqlandırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. Mənfi meyllər əhəmiyyətli dərəcədə azalıb. Şuranın ictimai institut kimi həyata keçirdiyi missiya öz faydasını verir”. APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Facebook” səhifəsində yazıb.

 

O bildirib ki, Mətbuat Şurası cəbhəyanı zonalardakı gərginliyin mediada təqdimatı məsələləri ilə bağlı bəyanat yayıb, KİV-ə, internet saytlara, sosial şəbəkə istifadəçilərinə müraciət edib: “Bu xüsusda müşahidə edilən müsbət tendensiyaları dolayısı ilə jurnalistikamızın uğuru kimi qiymətləndirmək mümkündür”.

 

Ə. Amaşov qeyd edib ki, Mətbuat Şurası Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan mətbuat orqanlarını diqqət mərkəzində saxlamaqda davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR