Şuradan APA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı mediada çoxsaylı informasiya yer almaqdadır.
“Fikir, söz və ifadə azadlıqları şəraitində məsələyə xüsusi diqqət göstərilməsi anlaşılandır. Torpaqlarının 20 faizini itirmiş, 1 milyondan artıq vətəndaşının qaçqın həyatı yaşadığı ölkənin kütləvi informasiya vasitələrinin həssas mövzuya üz tutması da qəbul ediləndir. Təəssüflə bildirməliyik ki, cəbhə xətti ilə əlaqədar xəbərlər yayan bir çox internet media resurslarının tutduqları dəst-xətt onların həssas mövzuya peşəkar münasibət meylini deyil, cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaratmaq istəklərini aşkar şəkildə göstərməkdədir. Mətbuat Şurasının monitorinqinin nəticələri də bunu təsdiqləyir.
Mətbuat Şurası müəyyənləşdirib ki, cəbhədə gərginliyin artdığı gündən başlayaraq mövzuya dair məlumat yayan internet media resurslarının sayında dinamizm yaranıb. Söz azadlığı şəraitində cəmiyyətə informasiya yaymağa məsul media vasitələrinin sayının çoxalması müsbət hal sayılsa da, qeyd etdiyimiz kəmiyyət artımının keyfiyyətlə uzlaşmadığı konkret nəticələrdə əksini tapmaqdadır. Şura cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınmasının vacibliyini rəhbər tutur. Buna görə də həmin nəticələri müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara təqdim edəcək. Qurum nəzərə alır ki, sırf cəbhə ilə əlaqədar məlumatlara kökləndiyi aşkar görünən, fəaliyyəti yalnız mövcud müstəvidə nəzərə çarpan internet media resurslarının qeyri-peşəkarlığı vətəndaşlar arasında qəsdən yanlış təəssürat yaratmaq niyyətinə də söykənə bilər. Bu isə yolverilməzdir. Qloballaşma şəraitində istənilən müharibədəki qələbənin informasiya müstəvisində qazanıldığı reallığını nəzərə alsaq, ictimai rəyi formalaşdırmaq missiyasını üzərinə götürmüş Azərbaycan jurnalistikası bu müharibədən qalib çıxmaq üçün media adına iddialı olan kənar, xoşagəlməz təsirlərdən uzaqlaşmalıdır”.
Mətbuat Şurası hazırkı şəraitdə tanınan, ictimai rəyə real təsirə malik KİV-ə xüsusilə həssas olmağı tövsiyə edir. Qurum hesab edir ki, indiki vaxtda cəmiyyətin obyektiv və operativ informasiyalara ehtiyacı daha böyükdür. Bu ehtiyacın ödənilməsi üçün hər bir jurnalistin işinə məsuliyyətlə və vicdanla yanaşması şərtdir. Daha çox rəsmi dövlət orqanlarımıza istinad olunmalı, əldə edilən digər informasiyalar onlarla dəqiqləşdirilməlidir.
“Siyasi partiyalara yaxınlığından, tutduğu mövqeyindən və baxışından asılı olmayaraq, hər bir KİV-in dövlətçiliyə sədaqət, milli mənafe prinsipiallığı ruhunda fəaliyyət göstərməsi müstəsna önəm daşımaqdadır. Mətbuat Şurası tarixin müxtəlif dövrlərində aktual olan bu məqama, həmçinin böyük ənənələrə malik Azərbaycan jurnalistikasının mühüm tarixi proseslərdəki səfərbəredici funksiyasına söykənir. Şura inanır ki, həqiqi qələm sahibləri cəbhədəki vəziyyətlə əlaqədar materialların təqdimatında qüdrətli ordu qürurumuzun formalaşdırılmasını başlıca vəzifə kimi müəyyənləşdirəcək, hadisə və proseslərin doğuracağı effekti peşəkar şəkildə dəyərləndirəcək, praktik müstəvidə meydana çıxması mümkün olan məqamlara dair düzgün qərarlar verəcəklər. Qurum Azərbaycanın KİV təmsilçilərinin üzərilərinə düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyinə, Vətənə və dövlətçiliyə əməli xidmət baxımından örnək səciyyə daşıyan nümunələr ortaya qoyacaqlarına əmindir”, - deyə bəyanatda bildirilir.
Mətbuat Şurası: Cəbhədən xəbərlər yayan bir çox internet media resursları cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaradır
Media
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Xəbər Lenti
Husilər Səudiyyə Ərəbistanının iki gündə Yəmənə 129 hava zərbəsi endirdiyini açıqlayıb
IRNA: Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında iki partlayış baş verib
Yaponiyada atletika çempionatı zamanı 28 nəfər qidadan zəhərlənib
Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
CNN: Ukrayna Mali və Sudanda yerli silahlı qruplara təlim keçmək üçün hərbçilər göndərib
Yəmən hökumət qüvvələri Moha yaxınlığında husilərin hərbi texnikasını məhv etdiklərini açıqlayıb
İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO
Türkiyə XİN İraqdan Səudiyyə Ərəbistanına PUA hücumlarını pisləyib
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliya “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib