Bank Of Baku

Mətbuat Şurası mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb

Mətbuat Şurası mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb
# 14 dekabr 2014 15:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ)  Müsavat Partiyasının dekabrın 14-də Bakıda keçirdiyi mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

MŞ-dan APA-ya daxil olan məlumatda qeyd olunub ki, aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə də hər hansı maneə qeydə alınmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR