Mətbuat Şurasının “qara siyahı”sına daha iki KİV-in adı salınıb

Mətbuat Şurasının “qara siyahı”sına daha iki KİV-in adı salınıb
# 15 iyul 2014 15:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası növbəti iclasını keçirib.

Şuradan APA-ya verilən məlumata görə, komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ümumilikdə 20 kütləvi informasiya vasitəsi barədə məsələnin müzakirəsi nəzərdə tutulub. Bunlardan 4-ü Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən təqdim olunub.

Komissiya üzvləri araşdırmalardan sonra iki KİV-in adının MŞ-nin “qara siyahı”sına salınmasına dair rəy çıxarıblar. Bunlar “Kafkaz news” və “Azad Azərbaycan Respublikası” qəzetləridir.

“IV Hakimiyyətin Səsi” qəzetinə isə xəbərdarlıq olunması məqsədəuyğun sayılıb. “Azpolitika” gündəlik ictimai-siyasi online qəzeti (azpolitika.info) barədə çıxarılan rəydə bu xəbər portalında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələblərinin pozulduğu göstərilib. Bütün bunları sayt rəhbərliyinin nəzərinə çatdıran komissiya, sayta gələcək fəaliyyətində bu kimi halların təkrarlanmamasını tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR