Bank Of Baku

Mətbuat Şurasının sədri Ukraynada beynəlxalq konfransa qatılacaq

Mətbuat Şurasının sədri Ukraynada beynəlxalq konfransa qatılacaq
# 14 noyabr 2012 11:46 (UTC +04:00)

 

Bakı-APA. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransa qatılacaq. Şuradan APA-ya verilən məlumata görə, konfrans noyabrın 16-dan 18-dək davam edəcək.

 

MDB və Avropanın bir sıra ölkələrindən olan media qurumları rəhbərlərinin iştirak edəcəkləri tədbirdə postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-in özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə ediləcək. Həmçinin medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında da fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, beynəlxalq konfransda MŞ sədri Ə. Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR