Azərbaycanda bir nəfər dənizdə, bir nəfər isə çayda boğulub

Azərbaycanda bir nəfər dənizdə, bir nəfər isə çayda boğulub
# 28 iyun 2012 10:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda daha bir nəfər dənizdə batıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 27-də Pirşağı qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Günay Quliyeva suda boğulub.

Şəki sakini isə çayda boğulub. Hadisə iyunun 27-də Şəki rayonunun Qayabaşı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Famil Əmrahov çayda çimərkən boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR