Bank Of Baku

Minskdə 7-ci Avropa və Asiya Media Forumu keçirilir - YENİLƏNİB - FOTO

Minskdə 7-ci Avropa və Asiya Media Forumu keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 10 dekabr 2012 08:18 (UTC +04:00)

 

APA-nın xəbərinə görə, forumda MDB ölkələri, Gürcüstan və Baltik ölkələrindən olan 200-dən çox KİV rəhbəri iştirak edir. Toplantıya APA-nın baş direktoru Nurşən Quliyev də qatılıb.

 

Tədbirin əvvəlində Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun forum iştirakçılarına təbrik məktubu oxunub. “Postsovet məkanındakı inteqrasiya prosesləri və yeni media” mövzusunun müzakirə olunduğu forumun işində MDB və Pribaltka ölkələrindən 200-dən artıq nümayəndə iştirak edir.

 

Avrasiya İqtisadi Komissiyasının kollegiya üzvü Tatyana Volovaya çıxışında forumun əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu gün dünyanın bir sıra regionlarında fəaliyyət göstərən dövlətlər daha sıx yaxınlaşaraq birliklər yaradır və iqtisadi cəhətdən inkişaf etməyə çalışırlar. Dünyada baş verən qlobal iqtisadi böhran iqtisadi inteqrasiya proseslərini zəruri edir.

 

Postsovet məkanındakı inteqrasiya proseslərində internet medianın rolundan danışan Rusiyanın rabitə və kommunikasiya nazirinin müavini Aleksandr Volin deyib ki, bu gün dünyada baş verən hər hansı bir hadisə internet vasitəsilə tez bir zamanda yayılır: “Müasir cəmiyyəti informasiyasız təsəvvür etmək mümkün deyil. Odur ki, MDB ölkələrinin yaxınlaşmasında media qurumları çox mühüm rol oynayırlar. Bazar iqtisadiyyatı şəraitində fərqlənməyə, oxucuların rəğbətini qazanmağa və daha çox reklam alıb pul qazanmağa çalışan media təşkilatlarını başa düşmək olar. Onlar daim öndə olmağa çalışırlar ki, gərgin rəqabət şəraitində yaşayıb inkişaf edə bilsinlər. Lakin bu fəaliyyət yanlış informasiyaların yayılmasına şərait yaratmamalıdır. Yoxlanılmamış və heç bir əsası olmayan xəbər nəinki inteqrasiya proseslərinə köməklik göstərmir, əksinə, bəzi hallarda dövlətlər arasındakı münasibətlərə soyuqluq gətirir. Bu kimi hallardan qaçmaq lazımdır”.

 

Rusiya Dövlət Dumasının deputatı Tatyana Moskalkova qeyd edib ki, bu gün inteqrasiya prosesləri məhz internet vasitəsilə həyata keçirilir: “Cəmiyyət üzvləri hər zaman sensasion xəbərlər almaq istəyirlər. Lakin cəmiyyəti məlumatlandırmaq heç də onu aldatmaq demək deyil. Bu forum keçmiş Sovet İttifaqı ölkələri fəaliyyət göstərən media quruluşları arasında əməkdaşlıq əlaqələrini artıq yaradıb. Gələcəkdə bu əlaqələri inkişaf etdirib ölkələrin daha da yaxınlaşmasına çalışmaq lazımdır”.

 

Rusiyanın “Rossotrudniçestvo” Dövlət Agentliyi rəhbərinin müavini Qriqori Muradov bildirib ki, inteqrasiya yalnız pozitiv meyllərin birləşərək gələcəyə doğru inamla addımlamaqdan ibarət olan iqtisadi əməkdaşlıqdır: “Müasir dünyanın reallıqları onu deməyə əsas verir ki, sıx əməkdaşlıq olmasa, dövlətlərin iqtisadi inkişafından danışmaq əbəsdir. KİV də bu məsələləri birtərəfli deyil hərtərəfli işıqlandırmalıdır”.

 

Belarusun Yüksək Texnologiyalar Parkının direktoru Valeri Tsepkalo deyib ki, yeni texnologiyalardan istifadə edərək böyük biznes yaratmaq, pul qazanmaq, nəinki bir ölkədə, hətta bütün dünyada populyarlıq qazanmaq müsbət hallardır: “Hər bir insan bazar iqtisadiyyatı şəraitində yaşayaraq maksimum dərəcədə imkanlarını genişləndirməyə çalışır. Lakin bəzən internet istifadəçiləri nəinki bir-birini, o cümlədən tanınmış siyasi xadimləri, hörmətli adamları təhqir edirlər. Belə olan halda cəmiyyətdə haqlı olaraq etirazlar səslənir. Lakin jurnalistika elə bir sahədir ki, burada daimi olaraq insanlarla ünsiyyət qurulur. Bu ünsiyyət səmərəli olmalı, insanları maarifləndirməli və gələcəyə olan ümidləri sındırmamalıdır”.

 

Sonra forum öz işini seksiyalar üzrə davam etdirib. Seksiyalarda “Dəyişən auditoriya və onunla iş metodları”, “Müasir internet media quruluşlarının gələcəyi”, “Radio və televiziyaların fəaliyyətində yeni texnologiyaların rolu”, “Yeni media quruluşlarının mədəni-tarixi əsasları” və bir çox başqa məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR